
Mərkəzi Bank nazirliklə birgə müsabiqə keçirir
Mərkəzi Bank və Təhsil Nazirliyi məktəblilər arasında “Bu günün qənaəti sabahın təminatıdır” adlı müsabiqə elan edib. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Mərkəzi Bank və Təhsil Nazirliyinin birgə təşəbbüsü, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu, Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu və FINCA Azərbaycan-ın dəstəyi ilə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında müsabiqəyə martın 18-də start verəcək.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin pul yığımı və qənaətcilliklə bağlı şəxsi təcrübələrini əks etdirən qısametrajlı filmlərin hazırlanması və bu yolla maliyyə savadlılığının artırılması istiqamətində şagirdlər arasında maarifləndirmə işlərinin aparılmasıdır.
Müsabiqə 30 gün davam etməklə “Şagirdin məqsədli qənaəti” nominasiyası üzrə www.musabiqe.edu.az saytı vasitəsilə keçirilir. Müsabiqənin gedişatı ilə bağlı məlumatlar Təhsil Nazirliyinin (www.edu.gov.az), Azərbaycan Mərkəzi Bankının (www.cbar.az) və müsabiqənin (www.musabiqe.edu.az) rəsmi İnternet səhifələrində yerləşdiriləcək.
İştirak etmək istəyənlər hazırladıqları filmləri 17 aprel tarixinədək www.musabiqe.edu.az saytına yükləməlidirlər. Maraqlananlar ətraflı məlumat üçün eyni sayta müraciət edə bilərlər.
Müsabiqədə I, II və III yerləri tutan şagirdlərə netbuk, planşet, e-book reader təqdim ediləcək. Müsabiqədə fərqlənənlər tədbirin təşkilatçıları və sponsorları tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.
Oxşar yazılar
Bu rayonlara leysan yağır - Faktiki HAVA
16 iyul 2025 , 10:41
İyulun ortalarında dönüş nöqtəsi başlayacaq: 4 BÜRC üçün şad xəbər
16 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
16 iyul 2025 , 08:13
Gözlənilməz çətinliklərlə üzləşəcək BÜRCLƏR: Siyahıda kimlər var?
16 iyul 2025 , 00:02
Sabah çimərliklərdə görünməmiş isti olacaq - PROQNOZ
15 iyul 2025 , 19:46Pul çay kimi axacaq: Bu həftə gözlənilməz qazanc əldə edəcək BÜRCLƏR
15 iyul 2025 , 18:40
Bakının bu rayonu sabahdan susuz qalacaq
15 iyul 2025 , 17:07