Mərkəzi Asiya və Şərqi Avropa regionunda Davamlı İnkişaf Şəbəkəsi yaradıldı
16 iyul 2013 16:39 (UTC +04:00)

Mərkəzi Asiya və Şərqi Avropa regionunda Davamlı İnkişaf Şəbəkəsi yaradıldı

 

İyulun 15-də başlayan və Minilliyin İnkişaf Məqsədlərinə uyğun olaraq Beynəlxalq Avrasiya Mətbuat Fondu və Dayanıqlı İnkişaf üzrə Şimal Alyansı (ANPED) ilə birgə keçirilən “2015-ci ildən sonra Dayanıqlı İnkişaf Məqsədləri üçün regional təşəbbüs” adlı seminar bu gün başa çatıb.
 

Lent.az-ın verdiyi məlumata görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu tədbirin sonunda ortaq “Mərkəzi Asiya və Şərqi Avropa regionunda Davamlı İnkişaf” şəbəkəsinin yaradılacağını bildirib.


Dayanıqlı İnkişaf üzrə Şimal Alyansı-nın (ANDEP) icraçı direktoru Leida Rijnhout “Minillik İnkişaf Məqsədləri” və “Dayanıqlı İnkişaf Məqsədləri” arasındakı fərqlər, yeni dayanıqlı inkişaf modelləri barədə danışıb. Tədbirdə çıxış edən vətəndaş cəmiyyət nümayəndələri ekoloji və sosial məsələlərdən danışıb, qida təhlükəsizliyi və dövlət tənzimləməsi haqda təkliflər irəli sürüblər. Umud Rəhimoğlu isə Qarabaş münaqişəsi zonasında istifadəsiz, yararsız hala düşmüş, minalanmış, eroziyaya uğramış torpaq sahələrindən söz açıb və bu məsələlərin də tərtib olunacaq proqrama daxil edilməsini təklif edib.

Günün ikinci yarısında müzakirələr davam etdirilib. Tədbirin sonunda Mərkəzi Asiya və Şərqi Avropa regionunda Davamlı İnkişaf Şəbəkəsi yaradılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 437
avatar

Oxşar yazılar