Bu gün məktəblilərin 2014-cü ildə keçirilmiş respublika fənn olimpiadalarının nəticələri elan edilib.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən “Azərbaycan dili və ədəbiyyat”, “Azərbaycan tarixi”, “Riyaziyyat”, “Fizika”, “Kimya”, “Biologiya”, “İnformatika” fənləri üzrə qaliblər müəyyənləşib.
Nazirin əmri ilə məktəbəqədər və ümumi təhsil şöbəsi, İqtisadiyyat şöbəsi və Təhsilin statistikası və keyfiyyətin qiymətləndirilməsi şöbəsi olimpiada qaliblərinin mükafatlandırılması ilə bağlı təkliflərini rəhbərliyə təqdim etməlidirlər. Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.