Mehriban Əliyeva tanınmış aktrisanın müalicəsini üzərinə götürdü - YENİLƏNİB
10 dekabr 2013 01:18 (UTC +04:00)

Mehriban Əliyeva tanınmış aktrisanın müalicəsini üzərinə götürdü - YENİLƏNİB

Xanım Qafarovanın özü Editor.az-a bildirib ki, Heydər Əliyev Fondunun əməkdaşları onunla əlaqə saxlayaraq, müalicəsi üçün lazım olan məbləğin fond tərəfindən ödəniləcəyini bildiriblər: “Artıq dekabrın 11-də Türkiyəyə müalicəyə yola düşəcəm. Hörmətli Mehriban xanım Əliyevaya nə qədər təşəkkür etsəm azdır. O, Allahın izni ilə məni ailəmə, kiçik qızıma bağışladı. O qədər sevincli və inamlıyam ki, sanki heç xəstə deyiləm. Hörmətli Prezidentimizə, Mehriban xanım Əliyevaya mənə və ümumilikdə sənət adamlarına göstərdikləri böyük diqqətə görə, çox təşəkkür edirəm. Allah onları qorusun!”

***

00.18

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən aktrisa Xanım Qafarovanın müalicəsini üzərinə götürüb. Lent.az-ın Musavat.com-a istinadən məlumatına görə, bu barədə xalq artist Aybəniz Haşımova «Facebook» səhifəsində yazıb. Onun yazdığına əsasən, KİV-də Xanım Qafarovanın xəstəliyi barədə məlumatlar yayıldıqdan sonra Mehriban Əliyeva məsələyə müdaxilə edib. 

 

Qeyd edək ki, Xanım Qafarov neçə ildir xərçəng xəstəliyindən əziyyət çəkir. O, bu gün «AzNews.az»-a  müsahibəsində xəstəliyi barədə məlumat vermiş və müalicə üçün pulunun olmadığını bildirmişdi: «2009, 2011, 2012-ci illərdə xəstəlikdən əməliyyat olundum. Hər iki döşümü və uşaqlığımı götürdülər. Həmin əməliyyatlar Bakıda aparılıb. Dedim ki, daha bitər. Nə bilim ki, müəyyən vaxtdan sonra bu məni yenidən ağuşuna alar. 

 

Bir baxdım ki, xəstəlik sümüklərimdə yeriyir. Ay Allah, belə də dərd olar? Dedilər ki, fizioterapiya lazımdır. Onun da son texnologiyası Türkiyədədir. Yəni, şüa veriləndə ancaq xəstəlik olan yerlərə verilir, başqa orqanlara ziyan vurmurlar. Mən də bu məqsədlə Türkiyəyə getdim. 

 

Orada mənə dedilər ki, bunun üçün 10 min manat lazımdır. Bunu eşidəndən sonra Azərbaycana qayıtdım. Daha nə edim? Xəstəliyə güc gəldim. Yoxsa, o əməliyyatların qarşısında çoxdan ölmüşdüm. 6 yaşlı qızım da mənimlə birlikdə bu əziyyətə qatlaşır. Axı, onun belə bir vaxtı deyil. O, xəstə olduğumu bilir. Hər dəfə evə gələndə mənə deyir ki, anacan sağaldın? Bilirsən mən anayam, əlbəttə ki qızımın taleyini düşünürəm. 

 

Amma bilirsiniz ki, mənim ev problemim də vardı. Onunla bağlı müraciət etmədiyim yer qalmadı, heç kəs mənə əl tutmadı. Bundan sonra da taleyimlə barışdım. Mən sizin sayt vasitəsi ilə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya müraciət edirəm: « Mənə əl tutun, imkan verməyin ki, 6 yaşlı qızım anasız qalsın».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5868
avatar

Oxşar yazılar