Mehriban Əliyeva iki uşaq bağçasının yenidənqurmadan sonra açılışında iştirak edib
26 sentyabr 2013 21:35 (UTC +04:00)

Mehriban Əliyeva iki uşaq bağçasının yenidənqurmadan sonra açılışında iştirak edib

Sentyabrın 26-da Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu əliyevalar Nizami rayonundakı 172 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışında iştirak ediblər.

 

APA-nın verdiyi xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Mehriban Əliyevaya bağçada aparılan əsaslı yenidənqurma işləri barədə məlumat verərək bildirib ki, bu məktəbəqədər təhsil müəssisəsi 1971-ci ildən fəaliyyət göstərir və bağçanın əsaslı təmirinə ehtiyac yaranıb. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq burada yenidənqurma işlərinə 2012-ci ilin iyul ayında başlanıb və nəticədə bu məktəbəqədər təhsil müəssisəndə uşaqlar üçün yüksək şərait yaradılıb.

 

Azərbaycanın birinci xanımı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub. Bildirilib ki, burada 2 yaşdan 6 yaşadək olan 240 uşağın təlim-tərbiyəsi ilə 31 nəfərdən ibarət pedaqoji heyət məşğul olacaq. Üç korpusdan ibarət bağçada on iki qrup fəaliyyət göstərəcək. Uşaqların zövqünə uyğun qurulan otaqlar onların rahatlığını, istirahətini və ilkin biliklərə yiyələnmələrini təmin etmək üçün oyuncaqlar, kitablar və digər zəruri ləvazimatlarla təchiz olunub. Bağçanın ətrafı abadlaşdırılıb, yaşıllıqlar salınıb.

 

Bundan sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevalar Nizami rayonundakı 190 nömrəli körpələr evi-uşaq bağçası binasının yenidənqurmadan sonra açılışında iştirak ediblər. 
 

Bakı Şəhər İH-nin başçısı Hacıbala Abutalıbov məlumatlandıraraq  bildirib ki, bağça 1967-ci ildə tikilib və binanın əsaslı təmirinə ehtiyac yaranıb. Binada yenidənqurma işlərinə ötən il başlanılıb və nəticədə bağçada uşaqlar üçün yüksək şərait yaradılıb.
 

Körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olan MehribanƏliyevaya bildirilib ki, burada 2 yaşdan 6 yaşadək olan 230 uşağın təlim-tərbiyəsi ilə 14 peşəkar mütəxəssis məşğul olacaq. Üç korpusdan ibarət 2 mərtəbəli binada 7 qrup fəaliyyət göstərir. Bağçada istilik sistemi tamam yenilənib, ərazi abadlaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103
avatar

Oxşar yazılar