Magistrlərın qeydiyyatı bu gündən başlayır
17 avqust 2017 10:47 (UTC +04:00)

Magistrlərın qeydiyyatı bu gündən başlayır

 

Bu gündən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı başlayıb.

 

Lent.az-ın məlumatına görə, qeydiyyat prosesi avqustun 17-dən 25-dək davam edəcək.

 

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 25-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

 

Qeyd edək ki, magistraturanın boş qalan 2049 plan yerinin müsabiqəsində iştirak etmək üçün 1429 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 726 nəfər magistratura səviyyəsinə qəbul olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 163
avatar

Oxşar yazılar