Magistraturaya və rezidenturaya sənəd verənlərin sayı açıqlandı
21 fevral 2014 13:28 (UTC +04:00)

Magistraturaya və rezidenturaya sənəd verənlərin sayı açıqlandı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali məktəblərin magistratura pilləsinə  və rezidenturaya sənəd verən abituriyentlərin sayını açıqlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin Lent.az-a verdiyi məlumata görə, ilkin məlumata əsasən, magistratura pilləsi üzrə 24558 nəfər sənəd verib. Onun 21869 nəfəri Azərbaycan, 2689 nəfəri rus bölməsinin payına düşür.

 

 

Rezidentura üzrə isə 1412 nəfər sənəd verib. Onun 1216 nəfəri Azərbaycan, 196 nəfəri rus bölməsinin payına düşür.

 

Qeyd edək ki, rezidenturaya sənəd qəbulu dünən, magistraturaya sənəd qəbulu isə bu gün saat 12.00-da bitib.

 

Magistraturaya qəbul imtahanının birinci mərhələsi 2 mart, ikinci mərhələsi 25 may, magistraturaya proqram seçimi 1-5 may, magistraturaya ixtisaslaşma seçimi 29 may – 1 iyun tarixlərində keçiriləcək.

 

Rezidenturaya qəbul imtahanının 1-ci mərhələsi martın 30-da, 2-ci mərhələsi iyulun 27-də, rezidenturaya ixtisaslaşma seçimi isə iyulun 29-31-də aparılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633
avatar

Oxşar yazılar