Magistr dərəcəsi alanlara hərbi xidmətdən möhlət hüququ verilə bilər
30 may 2013 13:47 (UTC +04:00)

Magistr dərəcəsi alanlara hərbi xidmətdən möhlət hüququ verilə bilər

Azərbaycanda magistraturaya qəbul olmaq istəyən bakalavrlara hərbi xidmətdən möhlət hüququ verilməsi ilə bağlı məsələnin Milli Məclisin gələn ay üçün nəzərdə tutulan xüsusi sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” qanuna dəyişiklik və yenidən hazırlanaraq müzakirəyə çıxarılması gözlənilən “Elm haqqında” qanunda xüsusi müddəa nəzərdə tutulub.

 

Bakalavrlar üçün nəzərdə tutulan möhlət hüququ bir neçə variantda təklif olunur. Bura bakalavrlara magistraturaya imtahan vermək üçün möhlətin verilməsi, magistraturaya daxil olduqdan sonra belə bu pilləni başa vurana qədər (2 il) möhlət hüququnun verilməsi, o cümlədən magistr dərəcəsi alanların hərbi xidmət müddətinin azaldılaraq 6 aya endirilməsi təklifləri daxildir.

 

Məsələyə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib ki, edilən təkliflərdə yeganə səbəb son zamanlar elmi fəaliyyətdə gənclərin sayının kəskin azalmasının qarşısını almaq, elmi dərəcələrin alınmasında yaranan boşluğu doldurmaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1585
avatar

Oxşar yazılar