Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, bəzi yerlərdə qısa müddətli yağış yağacaq. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Şimal küləyi əsəcək, axşam və gecəyə doğru güclənəcək. Havanın temperaturunun gecə 18-23, gündüz 25-30 dərəcə isti olacağı proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında sabah şimşək çaxacaq, yağış yağacaq. Bəzi dağlıq və dağətəyi rayonlarda leysan olacaq və dolu düşəcək. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
İyunun 3-ü və 4-də Azərbaycanda qeyri-sabit hava olacaq.