Bu gün Xəzər rayonunun Mərdəkan qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulan Heydər cümə məscidinin açılışı olub.
APA-nın xəbərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasimində iştirak edib.
Qeyd edək ki, məscid 1893-cü ildən fəaliyyət göstərsə də, burda indiyədək əsaslı təmir işləri aparılmayıb. Yenidənqurma işləri ötən ilin fevralında başlanıb, hazırda məsciddə eyni vaxtda 130 nəfərin ibadət etməsi mümkündür. Burda 180 nəfərlik mərasim zalı yaradılıb, minarə tikilib, mədrəsə yaradılıb.