
Leyla Əliyeva Avstraliyada
Avstraliyada səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva ətraf mühitin və biomüxtəlifliyin qorunması sahəsində bir sıra görüşlər keçirib. Lent.az-ın Fondun saytına istinadən verdiyi məlumata görə, bu ölkənin bir sıra məşhur milli parklarını ziyarət edən Leyla Əliyeva Avstraliyanın zəngin bio-müxtəlifliyi ilə yaxından tanış olub.
Heyvanların artırılma mərkəzlərinə baş çəkən Leyla Əliyevaya yox olma təhlükəsi ilə üzləşən heyvanlar, onların bərpa olunması üçün tətbiq olunan üsullar, belə heyvanların sayının artırılması vasitələri, həmçinin bu sahədəki qabaqcıl texnologiyalar barədə məlumat verilib.
Leyla Əliyeva isə Azərbaycanda nəsli kəsilməkdə olan heyvanlar haqda, eyni zamanda bu problemin aradan qaldırılması məqsədilə IDEA İctimai Birliyi tərəfindən görülən tədbirlər barədə məlumat verib.
Azərbaycanda nəsli kəsilməkdə olan heyvanların qorunması istiqamətində bir sıra beynəlxalq təşkilatlarla birgə iş aparıldığını bildirən Leyla Əliyeva bu heyvanların və biomüxtəlifliyin mühafizəsi sahəsində Azərbaycanla Avstraliya arasında təcrübə mübadiləsinin vacibliyini qeyd edib.
Oxşar yazılar

Buı BÜRCLƏRİN təcili tətilə ehtiyacı var
2 iyul 2025 , 00:02
XƏBƏRDARLIQ: Yaxın saatlarda güclü maqnit qasırğası başlayacaq
1 iyul 2025 , 21:52
Oxu.az saytı 12 yaşını qeyd edir - VİDEO - YENİLƏNİB
1 iyul 2025 , 20:31
Niqab, yoxsa “terrorçulara maska?" - QADAĞALARA fərqli münasibət
1 iyul 2025 , 20:15
İsti havada soyuq duş: ölümcül ola bilər
1 iyul 2025 , 19:07
Bu BÜRCLƏR böyük möcüzə ərəfəsindədir: şans tezliklə gələcək
1 iyul 2025 , 18:41
Əti dondurucuda nə qədər saxlamaq olar?
1 iyul 2025 , 18:26