Lerikə 1 metr hündürlüyündə qar yağıb
13 dekabr 2013 11:52 (UTC +04:00)

Lerikə 1 metr hündürlüyündə qar yağıb

Dağlıq Lerik rayonuna yağan güclü qar bir sıra fəsadlara səbəb olub. APA TV-nin cənub bürosunun məlumatına görə, qarın hündürlüyü rayon mərkəzində 45-50 sm, ucqar yaşayış məntəqələrində isə 1 metrə çatıb. Nəticədə nəqliyyatın hərəkəti demək olar ki, iflic olub, kəndlərlə rayon mərkəzinin əlaqəsi kəsilib. Güclü yağıntı səbəbindən rayonun enerji təsərrüfatına da ciddi ziyan dəyib. Qarın ağırlığına tab gətirməyən elektrik naqilləri və dirəklər sıradan çıxdığından Lerik şəhəri daxil olmaqla, rayonun 160 yaşayış məntəqəsi işıqsız qalıb.

 

 

Həyata keçirilən tədbirlərdən sonra 130 kəndə və Lerik şəhərinə elektrik enerjisinin verilişi bərpa olunub.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Rayonlararası hidrometroloji müəssisəsindən verilən məlumata görə, bölgədə yağıntılı hava şəraiti dekabrın 17-nə kimi davam edəcək. Dağlıq ərazilərdə 10-18 dərəcə şaxta gözlənilir. Hazırda yağıntılı hava şəraiti davam etməkdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1686
avatar

Oxşar yazılar