Lənkəranda heyvanlar arasında xəstəlik yoxdur - <span style="color:red;">RƏSMİ
19 sentyabr 2019 15:17 (UTC +04:00)

Lənkəranda heyvanlar arasında xəstəlik yoxdur - RƏSMİ

Lənkəranda şəxsi təsərrüfatlardan birində xırdabuynuzlu heyvanlar arasında naməlum xəstəliyin yayıldığı, heyvanların tələf olduğu ilə bağlı mətbuatda yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Lent.az-a Lənkəran rayon Baytarlıq İdarəsinin rəisi Əzizağa İsgəndərov məlumat verib.

O bildirib ki, Lənkəranda heyvanlar arasında heç bir xəstəlik yoxdur. Onun sözlərinə görə, həmin təsərrüfat sahibi baytarlıq xidmətinin əməkdaşlarına müraciət etməyib, heyvanları özü ara həkimləri ilə müalicə etdiyi üçün problem yaranıb.

İdarə rəisi heyvanlarda heç bir infeksiyanın olmadığını, nəmişlikdən, rütubətdən problem yarandığını deyib: “Heyvanlar arasında infeksiya yaranmasından söhbət gedə bilməz. Dırnaq çürüməsi mikrobakterioz xəstəlik ola bilər. Lənkəran rayonunda havaların yağmurlu və rütubətli keçməsi ilə əlaqədar xırdabuynuzlu heyvanlarda dırnaq xəstəliyinə təsadüf edilir. Dırnağında yara əmələ gələn, zədələnən heyvan yatandan sonra dura bilmir, qidalana bilmir və nəticədə tələf olur. Baytarlıq idarəsi heyvanları nəzarətə götürüb, yaxın günlərdə problem aradan qaldırılacaq”.

Qeyd edək ki, Lənkəranda Dilbər Qasımov adlı təsərrüfat sahibi 150-yə qədər qoyunundan əksəriyyətinin tələf olduğunu açıqlayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686
avatar

Aygün İbrahimli

Oxşar yazılar