Gələn ilin dövlət büdcəsində nəzərdə tutulan elm xərclərinin strukturu açıqlanıb.
Lent.az-ın verdiyi məlumata görə, büdcə layihəsində əməkhaqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması və digər tədbirlərin maliyyələşdirilməsi üçün 3,5 milyon manat, elmi-tədqiqat layihələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondu vasitəsi ilə həyata keçirilməsi üçün 8 milyon manat, latın qrafikalı kitabların çap edilməsi üçün 5 milyon manat, Azərbaycan Milli Elmlər Akademiyasının elmi obyektlərinin yenidən qurulması və əsaslı təmiri üçün 3 milyon manat, elmi-tədqiqat müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi və müasir laboratoriya avadanlıqlarının alınması üçün 5 milyon manat, nəzərdə tutulub.