KTN ilə bağlı yoxlamaların nəticələri Mili Məclisə təqdim olunacaq
22 may 2014 10:50 (UTC +04:00)

KTN ilə bağlı yoxlamaların nəticələri Mili Məclisə təqdim olunacaq

Hesablama Palatasının növbəti kollegiya  iclası keçirilib. Bu barədə Lent.az-a Palatadan məlumat verilib.

İclasda dövlət büdcəsindən Kənd Təsərrüfatı  Nazirliyinin mərkəzi aparatının saxlanılmasına, Bərdə Mərkəzi Rayon Xəstəxanasına ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin yerli xərclərindən Bərdə rayon Mədəniyyət və Turizm şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, həmçinin “Azərelektrikşəbəkətikinti” ASC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair audit tədbirlərinin nəticələri üzrə hesabatlar və  rəylər  geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. 

Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatın qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb. 

Kollegiyada dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə ayrılan vəsaitlərdən istifadəyə dair nəzarət tədbirinin proqramı  da təsdiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar