Körpə ana bətnində ƏMƏLİYYAT OLUNDU
Azərbaycanda ana bətnində problemi yaranan körpənin döş qəfəsinə stend yerləşdirilib. Əməliyyat Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında (TCK) icra olunub.
Dölün ağ ciyərinin ətrafına maye yığıldığı üçün döş qəfəsinə stend yerləşdirilib və maye artımının qarşısı alınıb. Tədris Cərrahiyyə Klinikasının mama-ginekologiya şöbəsinin müdiri Turab Canbaxışov e-tibb.az-a bildirib ki, pasient R.M. klinikaya hamiləliyin 31-ci həftəsində müraciət edib və daha öncəki müayinələrində döş qəfəsində mayenin yığıldığı görülüb: “Döş qəfəsinə maye yığıldığı üçün ürəkdə sıxılma yaranırdı və ürək fəaliyyətinə mane olurdu. Ona görə də bütün bədəndə ödem inkişaf etmişdi. Xanıma bir neçə tibb müəssisəsində hamiləliyin sonlandırılması təklif olunsa da, ailə belə bir qərarla razılaşmamışdı”.
Ginekoloqun sözlərinə görə, ATU TCK-da döldən qenetik analiz götürülüb və sağlam olduğu bilinəndən sonra əməliyyat planlanıb: “Adətən döş qəfəsinə mayenin yığılmasının səbəbi ağciyərlərin üstünü örtən selikli qişanın gec inkişafı ilə əlaqələndirilir və zamanında yardım göstərilməzsə, döl ürək çatışmazlığından tələf olur. 32 həftəliyində ümumi anesteziya altıda pasientimizin ana bətninə daxil olundu, dölün döş qəfəsinə stend taxıldı. Bu stend ağ ciyərin ətrafındakı mayeni uşaqlı boşluğuna axmasını təmin etdi və ürək fəaliyyəti bərpa olundu. 36-cı həftədə dünyaya gələn körpə bir neçə gün yeni doğulmuşların reanimasiyasında müalicə aldıqdan sonra sağ-salamat evə yazıldı”.
732