“Ali məktəblərə qəbul planı ləğv edilməlidir”
14 dekabr 2013 16:34 (UTC +04:00)

“Ali məktəblərə qəbul planı ləğv edilməlidir”

“Azərbaycanda  orta məktəb şagirdləri repetitorların yanında hazırlaşırlar, ali məktəbi bitirən məzunlar şirkətlərə işə qəbul üçün hazırlıq kurslarına gedirlər. Cəmiyyət buna normal yanaşsa da, bu, normal hal deyil”. Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyev bildirib. 

B. Əliyev qeyd edib  ki, müəllim kadrların hazırlanması ən ağrılı məsələdir: “Azərbaycanda müəllim hazırlığı ilə bağlı bitkin model yoxdur. Biz bu işi köklü şəkildə yenidən qurmalıyıq”.

 

MM-in komitə sədrinin müavini onu  da vurğulayıb ki, irəliləyişə nail olmaq istəyiriksə, müəllimin nüfuzunun geri qaytarılmasına nail olmalıyıq. O, təhsil sistemində psixoloji xidmətin əsaslı şəkildə yenidən qurulması və tətbiqini də zəruri sayıb: “Təhsil Nazirliyi yanında yeni metodik mərkəz yaradılmalı, pedaqoji kollektivdə sağlam mühitin yaradılması üçün psixoloji xidmət önə çəkilməlidir”.

 

Deputat onu da vurğulayıb ki, yeni nəsil üçün universitetlər yaradılmalı, orada rəqabət qabiliyyətli ixtisaslı kadrlar, mütəxəssislər hazırlanmalıdır: “Mülkiyyət formasından asılı olmayaraq, bütün ali təhsil müəssisələrində ödənişli təhsil və qəbul planı ləğv edilməlidir. Qəbul dövlət sifarişli ixtisaslar üzrə aparılmalıdır. Ali məktəblərə maliyyə və təşkilati müstəqillik verilməlidir. Eyni zamanda müəllimin nüfuzunu artırmaq üçün ona dövlət qulluqçusuna bərabər status verilməlidir”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1726

Oxşar yazılar