Heydər Əliyev Fondunun Ağdamda şəhid ailəsi üçün tikdiyi ev istifadəyə verilib
13 iyul 2019 14:31 (UTC +04:00)

Heydər Əliyev Fondunun Ağdamda şəhid ailəsi üçün tikdiyi ev istifadəyə verilib

Heydər Əliyev Fondu tərəfindən Ağdam rayonunun Evoğlu kəndində şəhid anası Qənirə Əmrahovanın mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə inşa edilən fərdi yaşayış evi istifadəyə verilib.
 
APA-nın xəbərinə görə, üç övladı və nəvəsi şəhid olan Qənirə Əmrahova üçün inşa edilən üçotaqlı evin ümumi sahəsi 80 kvadratmetrdir.
 
Evin otaqları zəruri avadanlıqla təchiz edilib.
 
Q. Əmrahova göstərilən qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1071
avatar

Oxşar yazılar