Komada olan jurnalistin qardaşı: “Onu xəstəxanadn çıxarırlar”
30 dekabr 2013 00:24 (UTC +04:00)

Komada olan jurnalistin qardaşı: “Onu xəstəxanadn çıxarırlar”

Artıq iki aydır ki, maşın vurması nəticəsində başından aldığı ciddi xəsarətlər nəticəsində komada olan Avropa.info-nun əməkdaşı Sahib İslamov Musa Nağıyev adına xəstəxandan çıxarılır.

 

Bu haqda Avropa.info-ya Sahib İslamovun qardaşı Aqil İslamov məlumat verib. Onun dediyinə görə, jurnalistin həkimi Fikrət Vəliyev  onun bu vəziyyətdən çıxması üçün əlindən  heç bir iş gəlmədiyini etiraf edib. " Həkim deyir ki, artıq iki aydır ki, mən müalicə təyin etmişəm, xəstənin halında ciddi irəlləyiş yoxdur. Məni çağırdı və bildirdi ki, bir həftə vaxtınız var. Aparın başqa yerdə müalicə alsın. Həm də deyir ki, belə xəstələrin nə vaxt komadan çıxacağı bəlli deyil. Həkim bildirir ki, Sahib bu vəziyyətdən 6 aya da ayıla bilər, illərlə də belə qala bilər.Çox ağır durumdayıq, xahiş edirəm əlaqədar qurumlara, bizə kömək etsinlər. Gəlib ona baş çəkən jurnalist dostları vəziyyətini görüblər. Vallah bilmirəm nə edim. İmkanımız olsaydı, heç mətbuata da çıxmazdıq, qardaşımızı özümüz aparardıq xaricə. Amma mən "Meyvəli Bazar"da  fəhlə işləməklə bunu edə bilmərəm axı".

 

Xatırladaq ki, Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Dərhal da qəza törədən avtomobil sürücüsü Musa Nağıyev adına xəstəxanaya çatdırıb.

 

Sahib İslamov ağır müştərək qapalı beyin travması, baş beyinin əzilməsi, sağ bazu sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, sol bud sümüyünün aşağı üçdə birinin qəlpəli sınığı, çanaq sümüklərinin sınığı, döş qəfəsinin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1933
avatar

Oxşar yazılar