"1000 bərəkət, halal nemət"dən <span style="color:red;">TƏKZİB - YENİLƏNİB
05 aprel 2014 17:29 (UTC +04:00)

"1000 bərəkət, halal nemət"dən TƏKZİB - YENİLƏNİB

Baş verən olayla bağlı “1000 bərəkət, halal nemət” şirkəti də rəsmi açıqlama yayıb. Şirkətin direktoru Fəxrəddin Bəşirov “anspress”ə açıqlamasında deyib ki, bu gün sosial şəbəkələrdə “1000 bərəkət, halal nemət” markasına aid olan məhsullardan birinin içərisindən qurd çıxması ilə bağlı verilən informasiyalar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, “Facebook” sosial şəbəkəsində paylaşılan fotodakı məhsulun “1000 bərəkət, halal nemət” markasına aid olması belə şübhəlidir. Çünki məhsulun üst örtüyü yoxdur.

Şirkət rəsmisi onu da əlavə edib ki, ət kombinatının buraxdığı məhsulun ekoloji təmizliyi və yüksək istehlak keyfiyyəti bir sıra amillərlə müəyyən olunur.

“Məhsullarımızın istehsalında yalnız yüksək keyfiyyətli komponentlərdən istifadə olunur. Xammal və ədviyyatların təhlükəsizliyi daim yoxlanılır. Bundan əlavə, məhsulun istehsalı zamanı dad gücləndiricilərindən, kimyəvi və ya sintetik komponentlərdən, süni konservantlardan istifadə olunmur. Məhsullar istehsal olunarkən, onların bir nümunəsi bir ay müddətində sınaq laboratoriyasında qalır. İstənilən şəxs həmin nümunə ilə tanış ola bilər”.

 

***

 

13:39

 

“1000 bərəkət, halal nemət” markasına aid olan məhsullardan birinin içərisindən qurd çıxıb. 

 

“Qafqazinfo” xəbər verir ki, foto bu markanın “Sacüstü sosiskaları” məhsuluna müraciət edən istifadəçi tərəfindən facebook sosial şəbəkəsində paylaşılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2538
avatar

Oxşar yazılar