Kökəlmək üçün nə etmək lazımdır?
08 aprel 2019 00:19 (UTC +04:00)

Kökəlmək üçün nə etmək lazımdır?

Günümüzdə artıq çəkidən qurtulmaq, arıqlamaq istəyənlər çoxluq təşkil edir. Amma bunun əksini istəyənlər də var. Az-az da olsa kökəlmək istəyən şəxslərə, qadınlara rast gəlmək mümkündür.

E-tibb.az kökəlmək istəyənlər üçün dietoloq Nərgiz Nəzirovanın tərtib etdiyi qaydaları təqdim edir:

1 həftə boyunca səhər yeməyi ilə günorta yeməyi arasında yarım stəkan su ilə çeynəmədən 3-4 ədəd mixək udun. 7 gün tamamlandıqdan sonra aşağıdakı qaydalara əməl edin:

Hər növ ətlə birlikdə (qoyun, dana, balıq və ya toyuq) mütləq orta boyda bişmiş pomidor yeyin.

Yeməklərin yanında buğdadan bişirilmiş çörək olmalıdır (kəpəkli olmasın).

Bir ay boyunca hər gün 10-15 ədəd püstə yeyin.

Meyvələrdən daha çox təzə ağ üzüm və banan yeyin.

Hər günorta yeməyində mütləq təzə qaynadılmış kartof olsun.

Acı olmamaq şərtilə salatınızdan bolqar bibərini əskik etməyin.

Hər axşam yeməyindən sonra bir fincan melissa çayı için.

Hansı meyvəni yesəniz, mütləq bir kasa qatığın içərisinə doğrayıb qəbul edin. Hansı şirniyyatlardan yesəniz, üzərinə darçın səpin.

Çalışın süfrəyə tək oturmayın.

Hər gün 20 dəqiqə gəzin. Bunu bir ay boyunca eyni saatlarda edin.

Qadağalar:

Gündə 2 stəkandan artıq çay içmək olmaz.

Turşu, istiot və süddən uzaq durun.

Noxud, ispanaq, kələm yeməyin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1017
avatar

Oxşar yazılar