Kəmaləddin Heydərov Qəbələdə qəbul keçirdi
28 aprel 2014 15:09 (UTC +04:00)

Kəmaləddin Heydərov Qəbələdə qəbul keçirdi

 

APA TV-nin məlumatına görə, Şimal-qərb zonasında baş vermiş zəlzələ ilə bağlı vətəndaşların qəbulu Qəbələ rayon Mədəniyyət Mərkəzində, digər məsələlərlə bağlı qəbul isə Fövqəladə Hallar Nazirliyinin Simal-Qərb Regional Mərkəzinin inzibati binasinda aparılıb. Nazir Kəmaləddin Heydərov qəbulda vətəndaşların səsləndirdikləri müraciət və şikayətlərlə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə müəyyən göstəriş və tapşırıqlar verib. Qəbulda FHN-in fəaliyyəti ilə bağlı müraciətlərə baxılıb, vətəndaşları narahat edən bəzi məsələlər elə yerindəcə həllini tapıb, aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Bundan başqa, işlə təmin edilmə və digər məsələlərlə bağlı müraciət edən vətəndaşlar nazirliyin müvafiq baş idarə və qurum rəhbərləri tərəfindən qəbul olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 872
avatar

Oxşar yazılar