Kəmaləddin Heydərov qazaxıstanlı həmkarı ilə görüşüb
05 iyun 2014 16:55 (UTC +04:00)

Kəmaləddin Heydərov qazaxıstanlı həmkarı ilə görüşüb

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov qazaxıstanlı həmkarı Vladimir Bojko ilə görüşüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, görüş Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən Fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfrans çərçivəsində baş tutub.

 

Qazaxıstan nümayəndə heyətinə beynəlxalq konfransda fəal iştirakına görə təşəkkürünü bildirən K.Heydərov iki dost ölkənin bütün sahələrdə olduğu kimi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə də uğurlu əməkdaşlıq etdiyini bildirib.

 

K.Heydərov iki ölkənin nazirliklərinin strukturları arasında faydalı əməkdaşlığın mövcud olduğunu diqqətə çatdıraraq bildirib ki, Azərbaycan tərəfi Xəzər hövzəsinin hər iki sektorunda keçirilən birgə təlimlərdə iştirak etməkdə maraqlıdır.    

 

Qəbələdə keçirilən beynəlxalq konfransın olduqca məhsuldar olduğunu, iştirakçılar tərəfindən fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə faydalı təkliflər irəli sürüldüyünü diqqətə çatdıran Qazaxıstanın fövqəladə hallar naziri onun rəhbərlik etdiyi qurumun azərbaycanlı həmkarları ilə yüksək informasiya texnologiyalarının tətbiqi, yanğın təhlükəsizliyi və digər sahələrdə daha geniş əməkdaşlıq etməyə hazır olduğunu söyləyib.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində keçirilən Fəlakət riskinin idarə olunması üzrə VII Beynəlxalq konfrans çərçivəsində K. Heydərov Pakistan İslam Respublikasının Fəlakətlərin İdarə Olunması Milli Agentliyinin sədri Muhammad Saeed Aleem ilə də görüşüb.


Pakistan nümayəndə heyətinin beynəlxalq konfransda fəal iştirakına görə qonağa təşəkkürünü bildirən K.Heydərov rəsmi İslamabadın bütün beynəlxalq təşkilatlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələsində ölkəmizin haqlı mövqeyini dəstəklədiyini qeyd edib.

 

K.Heydərov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə ölkələrimizin müvafiq qurumları arasında faydalı əməkdaşlığın geniş perspektivlərinin mövcud olduğunu sözlərinə əlavə edib.

Pakistanlı qonaq Qəbələdə keçirilən beynəlxalq konfransın yüksək səviyyədə keçdiyini diqqət çatdıraraq Pakistanın dost və qardaş Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu və hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdırıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar