Keçən il 241 nəfərə Azərbaycan vətəndaşlığı verilib. Lent.az-ın Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, xidmət rəisi Firudin Nəbiyev Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul olunmuş şəxslərlə görüşüb.
Görüşdə bildirilib ki Azərbaycan prezidentinin müvafiq sərəncamları ilə 2013-cü il ərzində 231 nəfər Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilib, 10 nəfər isə Azərbaycan Respublikasının vətəndaşlığına bərpa olunub.
Tədbirdə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş şəxslərin siyahısı oxunub.
Azərbaycan Respublikasının vətəndaşlığına yeni qəbul və bərpa edilənlər prezident İlham Əliyevə dərin təşəkkürlərini bildirib və Azərbaycan Respublikasının vətəndaşı adını şərəflə daşıyacaqlarını ifadə ediblər.
Tədbirin sonunda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.