K. Şirinov APA-ya açıqlamasında deyib ki, “Neftçilər” metrostansiyasında olmasının səbəbi polis işçilərinin işinə nəzarət etmək olub: "Bu gün əməkdaşlarımız sözügedən metro stansiyası ərazisində asayişi təmin edirdilər. Mən də rəhbər kimi polislərin işinə nəzarət etmək üçün ora getmişdim. Başqa məsələlərdə adımın hallandırılması doğru deyil. Mən həmin şikayətçilərə heç bir məbləğ ödəməmişəm. Bu mənim səlahiyyətimdə deyil".
Qeyd edək ki, bu gün Bakı Metropoliteninin “Neftçilər” stansiyasında keçirilən aksiyada obyektləri sökülən şəxslər bir müddət əvvəl ticarət köşklərinin təmiri üçün onlardan alınmış məbləğin əvəzində 200 manat ödənilməsi ilə razılaşmayaraq, təmir üçün daha çox pul ödədiklərini bildirib, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət ediblər.
Onlar ərizələrində 200 manatın K. Şirinov tərəfindən ödəndiyini iddia ediblər.