Azərbaycan jurnalistlərinin VI qurultayının keçirilmə vaxtı dəyişdirilib.
Qurultayın Təşkilat Komitəsindən Lent.az-a verilən məlumata görə, qurultay elan edildiyi kimi iyulun 12-də deyil, iyulun 11-də keçiriləcək.
Ali Məclis nümayəndələri həmin gün Rəşid Behbudov adına Mahnı Teatrının binasına toplaşacaqlar. Qurultay iştirakçılarının qeydiyyatı saat 9.00-dan başlayacaq. Ali Məclis saat 10.00-da işinə başlayacaq.