Jurnalistlərin xaricdə təhsil alması üçün Dövlət Proqramı qəbul edilə bilər
29 iyun 2015 12:45 (UTC +04:00)

Jurnalistlərin xaricdə təhsil alması üçün Dövlət Proqramı qəbul edilə bilər

 

“BDU-nun jurnalistika fakültəsində təhsil alan tələbələrin xaricdəki nüfuzlu ali məktəblərə təhsil almağa göndərilməsi məqsədəuyğundur”.

 

APA-nın məlumatına görə, bunu Bakı Dövlət Universitetində “Azərbaycan milli mətbuatı - 140: “Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O bildirib ki, BDU-nun jurnalistika fakültəsində bakalavr səviyyəsində oxuyan tələbələrin təhsillərini davam etdirmək üçün xarici ölkələrdəki aparıcı ali məktəblərə göndərilməsi üçün Dövlət Proqramı da qəbul edilə bilər: “Bu, jurnalistikamızın inkişafı baxımdan vacibdir”.

 

Mövhumatçılığa qarşı mübarizədə mətbuatı aktiv olmağa çağıran Ə. Amaşov bu istiqamətdə təhlükələrin istisna edilmədiyini söyləyib: “Mövhumatçılıq güclənsə, sabah “Azad Qadın” heykəlinin qarşısında aksiya keçirə bilərlər. O halda mətbuat nə etməlidir, üzərinə hansı missiya düşür? Biz bu məsələlər barədə düşünməliyik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399

Oxşar yazılar