Jurnalistlər üçün yazı müsabiqəsi elan edildi
10 aprel 2019 15:34 (UTC +04:00)

Jurnalistlər üçün yazı müsabiqəsi elan edildi

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və Azərbaycan Mətbuat Şurası ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında analitik yazı müsabiqəsi elan edir.
 
Lent.az xəbər verir ki, müsabiqədə aşağıdakı istiqamətləndirici mövzular nəzərdə tutulur.
 
Jurnalistlərin hazırlayacaqları yazılarda ARDNF-nin fəaliyyətinin təhlili aparılmaqla onlardan bəhrələnmələri tövsiyə olunur:
 
- Təbii sərvətlərdən əldə edilən gəlirlər və suveren fondların bu ehtiyatların idarə edilməsində rolu;
 
- Suveren fondların makroiqtisadi stabilliyin təminatında rolu və ölkə iqtisadiyyatın inkişafında yeri;
 
- Hesabatlılıq və şəffaflığın suveren fondların fəaliyyətində əhəmiyyəti.
 
II. Mükafatlandırma
 
I yer - 1 nəfər - 1000 manat
 
II yer - 1 nəfər - 800 manat
 
III yer - 1 nəfər - 500 manat
 
Həvəsləndirici mükafat – 5 nəfər (hər biri) – 200 manat
 
Müsabiqə mükafatçılarının adları 20 iyul 2019-cu ilədək açıqlanacaq.
 
III. Müsabiqə şərtləri
 
Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:
 
- Materialların ümumən mövzunu, nəzərdə tutulan istiqamətləndirici mövzuları dolğun əhatə
etmə səviyyəsinə;
 
- Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;
 
- Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
 
- İfadə vasitələrinin zənginliyinə;
 
- Oxucu üçün informasiyalılıq dərəcəsinə;
 
- Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
 
Müsabiqəyə 10 aprel 2019-cu il tarixindən 10 iyul 2019-cu il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında yayımlanan yazılar buraxılacaq.
 
Müsabiqə üçün dil məhdudiyyəti nəzərdə tutulmur;
 
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;
 
Yazıda “ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu: Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.
 
Qeyd: Yazı müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır.
 
Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmaya da bilər.
 
Müsabiqəyə təqdim edilmiş yazıların Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi informasiya vasitələrində yayımlanması yolverilməzdir.
 
IV. Yazıların təqdim edilməsi 
 
Müsabiqə üçün yazıların təqdimatı 2 yolla aparılır – şəxsən və elektron qaydada.
 
1. Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:
 
- yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən
sənədin surəti;
 
- yazı təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
 
- yazı təqdim edən şəxsin əlaqə vasitələri – ev və iş telefonu, mobil telefonu;
 
- müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın 1 nüsxəsi;
 
- materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi(nüsxələrdə müəllifinin adı
göstərilməməlidir);
 
- diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd
olunmaqla);
 
- yazı elektron media resursunda yayımlanıbsa, diskdə yazının linki göstərilməlidir.
 
2. Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır.
 
Müsabiqəyə yazılar [email protected] elektron ünvanına göndərilməlidir.
 
Təqdimatda yer almalıdır:
 
- Müsabiqə yazısı ("Word" faylında, imzasız);
 
- Müsabiqə yazısının yayımlandığı qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud "Word"
faylında);
 
- Yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən "link";
 
- Yazı müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya əmək kitabçasından müəllifin KİV-də
çalışdığını təsdiqləyən çıxarış (PDF, JPG, yaxud "Word" faylında);
 
- Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.
 
Müsabiqə üçün yazılar həm şəxsən, həm də elektron poçt vasitəsilə 10 aprel 2019-cu il tarixdən 10 iyul 2019-cu il tarixinədək, həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) - Azərbaycan Mətbuat Şurasında qəbul ediləcək.
 
Qeyd: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.
 
Əlaqə telefonu:
 
(012) 441 35 30
(055) 201 99 26
(012) 498 77 53 (1820/1824)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 585
avatar

Oxşar yazılar