<b>İstirahət günlərində səyahətə çıxanların <span style="color:red;">NƏZƏRİNƏ </b>
08 iyun 2018 15:37 (UTC +04:00)

İstirahət günlərində səyahətə çıxanların NƏZƏRİNƏ

Böyük və Kiçik Qafqazda nisbətən əlverişsiz hava şəraiti müşahidə olunacaq, belə ki, fasilələrlə leysan xarakterli yağış yağacaq. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Məlumatda bildirilir ki, havanın temperaturu dağətəyi rayonlarda 22-27, dağlıq rayonlarda 12-17 dərəcə isti təşkil edəcək.

Sabah Lənkəran-Astara bölgəsinə üz tutanları arabir yağışlı hava şəraiti gözləsə də, iyunun 10-da gün ərzində yağmursuz hava müşahidə olunacaq. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında arabir leysan xarakterli yağış yağacaq. İyunun 10-da gündüz isə hava şəraiti yağmursuz olacaq.  Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da arabir yağış yağacağı, iyunun 09-da axşam, iyunun 10-da gün ərzində havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu 25-30 dərəcə  isti təşkil edəcək.

Paytaxt qonaqlarının isə nəzərinə isə çatdırılır ki, iyunun 09-da gecə və səhər arabir yağışlı hava şəraiti müşahidə olunsa da, iyunun 09-u gündüz, iyunun 10-da gün ərzində hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 24-29 dərəcə isti təşkil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 558

Oxşar yazılar