Prezident İlham Əliyev İsmayıllı rayonunun İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Lent.az-ın məlumatına görə, sərəncamda dörd min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən İsmayıllı-Göytəpə-Ruşan-Qalınçaq avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,4 milyon manatının İsmayıllı Rayon İcra Hakimiyyətinə ayrılması qeyd edilir.
Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.