İsmayıl Ömərovun qızı və kürəkəni də İTV-dən çıxarıldı
18 avqust 2014 18:12 (UTC +04:00)

İsmayıl Ömərovun qızı və kürəkəni də İTV-dən çıxarıldı

İctimai Televiziyanın sabiq baş direktoru İsmayıl Ömərovun qızı və kürəkəni işdən çıxarılıb. Lent.az-ın qafqazinfo-a istinadən məlumatına görə, televiziyanın London bürosunda baş prodüser vəzifəsində çalışan qızı Səmədova Könül və kürəkəni Səmədov Ruzi ilə əməkdaşlığa xitam verilib. Xəbəri dəqiqləşdirmək üçün İTV ilə əlaqə saxlayıb. Kanaldan bildirilib ki, onlar çoxdan öz ərizələri ilə istefa veriblər. 

 

Başqa bir məlumatda isə ümumiyyətlə İTV-nin yeni rəhbərliyi xarici ölkələrdəki bürolara “əl gəzdirməklə” məşğuldur. Belə ki, televiziyanın digər ölkələrdəki bürolarının da bağlanması istiqamətində proses gedir.

Xatırladaq ki, Cəmil Quliyev İTV-ə baş dirtektor təyin olunduqdan sonra televiziyada keçmiş baş direktor İsmayıl Ömərova yaxınlığı ilə tanınan böyük bir qrup əməkdaş işdən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4191
avatar

Oxşar yazılar