İşçi Qrupun rəhbəri: “Azərbaycanda narkotik istehsal edilmir”
10 dekabr 2013 10:59 (UTC +04:00)

İşçi Qrupun rəhbəri: “Azərbaycanda narkotik istehsal edilmir”

“Azərbaycanda narkotik istehsal edilmir”.


 

APA-nın verdiyi məlumata görə, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Məzahir Əliyev deyib.

 

Məzahir Əliyev bildirib ki, Azərbaycanda yalnız çətənə bitkisi müəyyən ərazilərdə təbii olaraq bitir, bəzən də ayrı-ayrı adamlar çətənə bitkisini əkib-becərməklə məşğuldurlar. İşçi Qrupunun rəhbəri, Azərbaycana narkotik vasitələrin ayrı-ayrı dövlətlərdən, əsasən İrandan quru sərhədlərdən avtomobil vasitəsi ilə və dəniz yolu ilə gətirildiyini bildirib.

 

Məzahir Əliyev, narkomanlığın əsasən ölkənin böyük şəhərlərində yayıldığını qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda qeydiyyatda olan narkomanların böyük əksəriyyəti Bakı şəhərində yaşayanlardır. Növbəti yerlərdə Sumqayıt, Gəncə və digər şəhərlər gəlir. Hazırda Azərbaycanda 28 minə qədər narkoman qeydiyyatdadır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826
avatar

Oxşar yazılar