“Sovetski"də 72 tarixi abidə saxlanacaq - <span style="color:red;">RƏSMİ
06 iyun 2016 18:00 (UTC +04:00)

“Sovetski"də 72 tarixi abidə saxlanacaq - RƏSMİ

Son günlər mətbuatda Yasamal rayonunun “Sovetski” adlanan ərazisində aparılan söküntü işləri zamanı bir sıra tarixi əhəmiyyətli tikilələrin də dağıdıldığı barədə iddialar yayımlanır.

 

“Sovetski” ərazisində fəaliyyət göstərən İşçi komissiyanın və Memarlar İttifaqının üzvü Eyvaz Bağırov məsələ ilə bağlı APA-ya faktlar təqdim edib.

 

Onun sözlərinə görə, indiyədək adıçəkilən ərazidən cəmi 3425 yaşayış obyekti, o cümlədən 2715 yaşayış obyekti könüllü alqı-satqı yolu ilə, 710 yaşayış obyekti isə dövlət ehtiyacları üçün könüllü razılaşma əsasında vəsait ödənilməklə sakinlərdən satın alınıb.

 

Mütəxəssis bildirib ki, Yasamal rayonunda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alınan ərazidə yerləşən həmin tikililərin texniki vəziyyəti uzun müddət müvafiq qurumların mütəxəssisləri tərəfindən müayinə edildikdən və tam öyrənildikdən sonra verilmiş rəylər əsasında onların sırasından 23 abidənin adı “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin 18 may 2016-cı il tarixli 196 nömrəli Qərarı ilə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”ndan çıxarılıb. Həmin binaların, o cümlədən siyahıdan çıxarılmış abidələrin Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Yasamal Rayon Mühafizə İdarəsi tərəfindən mühafizəsi hazırda da davam etdirilir. Siyahıdan çıxarılmış abidələrə mütəxəssislər tərəfindən yerində baxış keçirilib, binaların əhəmiyyət kəsb edən elementlərinin və hissələrinin müəyyənləşdirilərək götürülməsinə başlanıb.

 

E.Bağırovun sözlərinə görə, “Sovetski”də bütün tarixi abidələr sökülmür, yalnız tarix və mədəniyyət baxımdan az əhəmiyyət kəsb etdiyindən əvvəllər yerli əhəmiyyətli abidə kimi müəyyən edilmiş, yalnız ayrı-ayrı elementlərinə görə həmin siyahıya salınmış, hazırda isə qəzalı vəziyyətə düşmüş, bərpası məqsədəuyğun olmayan və sonradan əsaslandırılmadan “Siyahı”ya daxil edilmiş 23 abidə Mədəniyyət və Turizm Nazirliyinin təklifi və Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”ndan çıxarılıb. Qalan 72 abidə müvafiq qanunvericiliyə uyğun olaraq dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrinin siyahısındadır və onların toxunulmazlığı təmin edilib.

 

Memar qeyd etdiyi məqamları dəstəkləyən şəkilləri də agentliyə təqdim edib.

 

 

 

Mustafa Sübhi küçəsi 63 (bayırdan görünüşü)

 

Mustafa Sübhi küçəsi 63 (arxa tərəfdən yuxarıdan görünüşü)

 

Mustafa Sübhi küçəsi 63 (içəridən görünüşü)

 

M.F.Axundov küçəsi 45 (yandan görünüşü)

 

M.F.Axundov küçəsi 45 (arxadan görünüşü)

 

M.F.Axundov küçəsi 45 (arxadan görünüşü)

 

M.F.Axundov küçəsi 45 (həyətdən görünüşü)

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 247
avatar

APA Baycan

Oxşar yazılar