Azərbaycan Dövlət İqtisad Universitetində kadr islahatları davam edir. Bu barədə Lent.az-a universitetin mətbuat xidmətindən məlumat verilib. Universitet rektorunun imzaladığı əmrə əsasən, Zöhrab İbrahimov “Maliyyə” fakültəsinin dekanı, Həmid Həmidov isə Doktorantura şöbəsinin müdiri təyin edilib.
Rektorun digər əmri ilə Raqif Qasımov Magistratura mərkəzinin qiyabi təhsil üzrə direktor müavini təyin edilib.