İqtisad Universitetində Tələbə Xeyriyyə Cəmiyyəti yaradılıb
03 iyun 2014 10:28 (UTC +04:00)

İqtisad Universitetində Tələbə Xeyriyyə Cəmiyyəti yaradılıb

Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadçı Tələbə Xeyriyyə Cəmiyyəti”nin təsis edilməsi barədə qərar qəbul edilib. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib.

 

Xeyriyyə Cəmiyyətinin yaradılmasında məqsəd universitet daxilində imkansız tələbələrə köməkliyin göstərilməsi, həmçinin qocalar evi və kimsəsiz uşaqlar evinə, xəstə və yardıma ehtiyacı olanlara könüllü yardımların göstərilməsidir. 

 

Cəmiyyətə üzvlük könüllü xarakter daşıyır və maliyyə məsələlərində tam müstəqildir. Nizamnamə sənədinə əsasən büdcənin formalaşması üzvlərdən toplanan maliyyə vəsaitləri, sponsorlar, könüllü ianələr hesabına həyata keçiriləcək. Təsdiq edilmiş cəmiyyətin büdcə layihəsinin qəbulu qurumun İdarə Heyətinə, təsdiq olunması isə cəmiyyətin sədrinə həvalə edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614

Oxşar yazılar