Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndə heyəti İspaniyanın Malaqa Universitetində olub. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib. Səfər ADİU-nun koordinatoru olduğu “TEMPUS” layihəsi çərçivəsində həyata keçirilib. Nümayəndə heyəti universitetin strukturu, ikitərəfli əməkdaşlıq əlaqələri, professor-müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi mexanizmi, texnologiyalar parkı və digər məsələlərlə tanış olublar.
Səfərdə həmçinin Azərbaycan Təhsil Nazirliyi və digər ali təhsil ocaqlarının nümayəndələri də iştirak edib.
Səfər Böyük Britaniyanin Uorvik Universitetində davam etdiriləcək.