Dünən prezident İlham Əliyevin imzaladığı sərəncamla Ceyhun Məmmədov İlahiyyat İnstitunun rektoru təyin edilib. Lent.az xəbər verir ki, C.Məmmədov 1991-1994 Suriya Ərəb Respublikası, Əbu Nur İslam Kompleksi, Dəvət və İrşad İnstitutunda təhsil alıb. 1994-1998 Liviya Ərəb Sosialist Xalq Cəmahiriyyəsi İslama dəvət fakültəsi, ərəb dili və dinşünaslıq üzrə bakalavr dərəcəsi alan C.Məmmədov 2000-2002 Azərbaycan Respublikası, Xəzər Universiteti, Humanitar fənlər fakültəsi, Ərəb dili üzrə magistratura dərəcəsi, 2004-2007 AMEA-nın Məhəmməd Füzula adına Əlyazmalar İnstitutu, dissertant, ilahiyyat üzrə fəlsəfə doktoru adına yiyələnib.
O, 1998-2001 İrşad İslam Araşdırmaları Mərkəzində tərcüməçi, referent, 2001-2002 Azərbaycan Respublikası, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qarabağ bölgəsi üzrə şöbədə baş mütəxəssis, 2002-2006 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dinşünaslıq ekspertizası bölməsinin müdiri, 2007-2012 2012-2013 2013- 2014 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdiri, “Dövlət və din” ictimai fikir toplusu, redaktor Avrasiya tərcümə mərkəzi, tərcüməçi AMEA-nın Şərqşünaslıq institutu, Din və ictimai fikir tarixi şöbəsi, böyük elmi işçisi vəzifələrində çalışıb.
2015-bu günə kimi AR Prezidentinin Administrasiyası, Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsi, böyük məsləhətçi vəzifəsini icra edən C.Məmmədov 2017-2018 Azərbaycan Dillər Universitetində müəllim kimi də fəaliyyət göstərir.
******
31 may
Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru təyin edilib.