Bu qəsəbənin su təchizatı sistemi yenidən qurulur
10 iyun 2019 17:26 (UTC +04:00)

Bu qəsəbənin su təchizatı sistemi yenidən qurulur

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri və ətraf qəsəbələrdə əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə Abşeron rayonunun Masazır qəsəbəsində yeni layihənin icrasına başlanılıb.

ASC-dən Lent.az-a bildirilib ki, layihə çərçivəsində Masazır qəsəbəsinin Sarı Aşıq küçəsində və ətraf ərazilərdə mərkəzləşdirilmiş içməli su şəbəkəsi yaradılır. Bu ərazilərin böyük hissəsində mərkəzləşdirilmiş içməli su təchizatı sistemləri mövcud olmayıb. Su təchizatı əhali tərəfindən primitiv qaydada yaradılıb və istismar tələblərinə cavab verməyən şəbəkə hesabına aparılıb. Su xətləri istismara yararsız vəziyyətdə olduğundan tez-tez qəzalar baş verirdi. Xüsusilə yay aylarında yüksək ərazilərdə yerləşən evləri su ilə təmin etmək üçün suyun təzyiqini artırmaq mümkün olmurdu. Bütün bunlar nəzərə alınaraq ərazidə mərkəzləşdirilmiş su təchizatı sistemlərinin yaradıması layihəsinin icrasına başlanılıb.

Layihə çərçivəsində Masazır qəsəbəsi Sarı Aşıq küçəsi və ətraf ərazilərdə müxtəlif diametrli borularla 18 km uzunluğunda su şəbəkəsi inşa edilir. Yeni yaradılan şəbəkədən abonentlərə birləşmə verilərək sayğaclar quraşdırılacaq. Ümumilikdə bu ərazilərdə görülən işlərdən 5 minədək sakin faydalanacaq. Su təchizatında dayanıqlığın təmin edilməsi məqsədilə yeni inşa edilən şəbəkə 2 nöqtədə əsas magistral xətlərə qoşulacaq. Bu da qəsəbənin relyef baxımından yüksəklikdə yerləşən yaşayış evlərini də dayanıqlı içməli su ilə təmin etməyə imkan yaradacaq.

Tikinti-quraşdırma işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720
avatar

Aygün İbrahimli

Oxşar yazılar