İcra hakimiyyətləri yoxlanılıb
14 mart 2014 15:34 (UTC +04:00)

İcra hakimiyyətləri yoxlanılıb

Hesablama Palatasının kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a Palatadan məlumat verilib. İclasda dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Şəmkir rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Dövlət Neft Akademiyasına ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasına və Hacıqabul rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair audit tədbirlərinin nəticələri üzrə hesabatlar və  rəylər  geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.


Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatın qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisinə təqdim olunması qərara alınıb.


Kollegiyada dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Ümumi dövlət  xidmətləri” bölməsi üzrə Naxçıvan Muxtar Respublikasının  büdcəsindən  Naxçıvan MR Dövlət Statistika Komitəsinin saxlanılmasına və dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Səhiyyə” bölməsi üzrə Naxçıvan MR büdcəsindən Akademik Zərifə Əliyeva adına Naxçıvan şəhər Poliklinikasının saxlanılmasına ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirlərinin proqramları  da təsdiq olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 985

Oxşar yazılar