Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 367 abituriyent 600 baldan yuxarı nəticə göstərib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 1179 abituriyent 500-dən yuxarı, 2542 abituriyent 400-dən baldan yuxarı, 4900 abituriyent 300 baldan yuxarı göstərici toplayıb.
Qeyd edək ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar istisna olmaqla, ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında 11 min 855 abituriyent iştirak edib.