Hollandiyada “Azəri” adlı yeni gül növü yetişdirilib
08 yanvar 2014 11:49 (UTC +04:00)

Hollandiyada “Azəri” adlı yeni gül növü yetişdirilib

Holland Azərbaycan Dostları Cəmiyyətinin (Dutch Friends of Azerbaijan - DufoA) təşəbbüsü ilə Hollandiyada Azərbaycan xalqının şərəfinə xrizantema gülünün “Azəri” adlı yeni növü yetişdirilib.


 

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, bununla da Niderland Krallığının tarixində ilk dəfə olaraq güllərin nəinki dahi şəxsiyyətlərin, həmçinin, ayrıca xalqların şərəfinə adlandırılması ilə bağlı sertifikat verilib.

 

2013-cü ilin mayın 10-da mərhum prezident Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Bakıda keçirilən Gül bayramında Azərbaycanın Holland Dostları Assosiasiyası yetişdirdikləri xrizantemin (payızgülü) yeni növünə Azərbaycan xalqının “Azeri” adının verilməsi qərara alınıb. Bununla bağlı Gül bayramında xüsusi sertifikatın imzalanma mərasimi keçirilib. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və “DufoA” Assosiasiyasının prezidenti Marion van der Veqt imzalayıb. Beləliklə də, dünyada xalqın adının verildiyi yeganə gül də həyata vəsiqə alıb. Holland Azərbaycan Dostları Cəmiyyəti gələcəkdə də dahi yazıçılarmıza, şairlərimizə və tarixi şəhərlərimizin adı ilə adlandırılacaq güllərin  dünyada ən çox ziyarətçisi olan Keukenhof  parkında əkilməsini planlaşdırır. Daha iki gül - “Alstrumeriya” adlı tünd qırmızı gül növü məqsədyönlülük simvolu kimi Qarabağın, ağ rəngli gül isə hüzn simvolu kimi Şuşa şəhərinin şərəfinə yetişdirilib. Tünd qırmızı gül əsasən qan və atəş təsəvvürünü yaradır. Ağ rəng gül isə bir növ digər rəngləri neytrallaşdırır, matəmi və kədəri ifadə edir. Holland Azərbaycan Dostları Cəmiyyəti Hollandiyada yetişdirilən yeni gül növünün Azərbaycanın işğal edilmiş ərazilərindən biri olan Xocalının şərəfinə “DufoA” adlandırılması  təşəbbüsünü irəli sürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 631
avatar

Oxşar yazılar