Kənd təsərrüfatı naziri Heydər Əsədov Almaniya Federativ Respublikasına rəsmi səfər edəcək. Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində nazir Berlin şəhərində keçiriləcək ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə beynəlxalq “Yaşıl Həftə” sərgisində, sərgi çərçivəsində Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumuna, habelə Kənd Təsərrüfatı Nazirlərinin 6-cı Berlin Sammitinə iştirak qatılacaq.
Səfər çərçivəsində sərgidə iştirak edəcək kənd təsərrüfatı nazirləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.