Heydər Əliyev prospektində köməkçi yol təmirə bağlandı
18 fevral 2015 13:37 (UTC +04:00)

Heydər Əliyev prospektində köməkçi yol təmirə bağlandı

 

Heydər Əliyev prospektində köməkçi yol təmirə dayanıb.


 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, Bağırov körpüsünün alt hissəsində tuneldə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar Heydər Əliyev prospekti köməkçi yol- Mərkəzdən Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.

 

İşlərin başa çatması fevralın 20-i saat 09:00-a kimi nəzərdə tutulub. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan istifadə etmələri tövsiyə olunur

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620
avatar

Oxşar yazılar