Həsən Şirinovun şeirləri Türkiyə mediasında
01 aprel 2014 11:57 (UTC +04:00)

Həsən Şirinovun şeirləri Türkiyə mediasında

Polis general-mayoru, uzun illər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi işləmiş, hazırda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini olan Həsən Şirinovun şeiri Türkiyədə “Öncə Vətən” qəzetində çap olunub. 
 

 

Lent.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, qəzetin bir səhifəsində Həsən Şirinovun Azərbaycanın mərhum prezidenti Heydər Əliyevə həsr etdiyi şeirlər yer alıb.

Generalın bu il martın 18-də-İlaxır çərşənbə günü yazdığı, elə sözügedən qəzetdə yayımlanan şeirini təqdim edirik:

 

ÜRƏYİMDƏSƏN

 

 

Sevincim də Sənsən, kədərim də Sən!

Varlığın sevincdir, yoxluğun kədər...

Köksümdə döyünən ürəyim də Sən,

Unuda bilmirəm, ürəyimdəsən!

 

Zülmətə nur saçan günəş də Sənsən!

Çəkdiyin zəhmətlər getmədi hədər!...

Azəri yurdum da, elim də Sənsən...

Unuda bilmirəm, ürəyimdəsən!

 

Fitri istedadlı, uzaqgörənsən...

Tarixdə yaratdın çox möcüzələr!

- “Azərbaycanlıyam” – fəxrlə dedin Sən,

Unuda bilmirəm, ürəyimdəsən!

 

Özünü sevdirdin əməlinlə Sən,

Bir dövlət qurdun ki, dünyalar qədər!

Qəlbimdə qoyduğun abidənləsən!

Unuda bilmirəm, ürəyimdəsən!

 

Xalqın gələcəyin düşündükcə Sən,

İlham tək böyütdün siyasi rəhbər!

Özündən sonra da qalib gəldin Sən!

Unuda bilmirəm, ürəyimdəsən!

 

Beləcə, bu gün də, Sən bizimləsən...

Millətin, Mehriban, olub səfərbər!

Yolunu gedirlər – sanki özünsən!

Unuda bilmirəm, ürəyimdəsən!

 

Açdın xoşbəxtliyi üzümüzə Sən!

Ruhun şad olsun ki, gülür hər səhər!

Tanrıdan tükənməz sərvətimizsən!

Unuda bilmirəm, ürəyimdəsən!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1241
avatar

Oxşar yazılar