Bu gün təmirdə olan Həsən Əliyev küçəsinin bir hissəsi sürücülərin ixtiyarına veriləcək. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, küçənin Azadlıq prospekti ilə kəsişmədən Səməd Vurğun küçəsinədək olan hissəsində təmir işləri yekunlaşdırılıb. Hazırda ərazidə xətləmə işləri həyata keçirilir və yaxın saatlarda yol sürücülərin istifadəsinə veriləcək.
Qeyd edək ki, bu gün H.Əliyev küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişmədən Cəlil Məmmədquluzadə küçəsinədək olan hissəninin təmirinə başlanılır.