Bakı şəhər Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişmədəki tunelin girişinədək olan hissəsinin təmiri davam etdirilir. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, uzunluğu 300 metr olan yolda bu gündən etibarən birinci qat asfalt örtüyün çəkilməsinə başlanılıb. Sabah isə yola ikinci qat asfalt vurulacaq.
Daha sonra yol boyunca yerləşən kommunikasiya quyularının qapaqları yerləşdiriləcək və xətləmə işi başa çatan kimi təmir edilmiş yol sürücülərin istifadəsinə veriləcək.