Bu gün Bakının Həsən Əliyev küçəsinin Şəmsi Rəhimov küçəsi ilə kəsişməsindən Azadlıq prospektinə qədər olan hissəsi açılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, bu gecə saat 23:00 radələrində isə küçənin Azadlıq prospekti ilə kəsişməsindən Səməd Vurğun küçəsi ilə kəsişməyədək olan hissəsi bağlanacaq.
Sürücülərə həmin istiqamətdə hərəkət edərkən diqqətli olmaq tövsiyə olunur.