Hesablama Palatası Slavyan Universitetini yoxlayacaq
14 aprel 2014 11:38 (UTC +04:00)

Hesablama Palatası Slavyan Universitetini yoxlayacaq

 

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib. Bu barədə Lent.az-a Palatadan məlumat verilib. 

 

İclasda dövlət büdcəsindən Bakı Slavyan Universiteti üzrə vəsaitlərin istifadəsinə, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatının saxlanılmasına, nazirliyin Milli Geoloji Kəşfiyyat Xidmətinə və Meşələrin İnkişafı Departamentinə ayrılan vəsaitlərin istifadəsinə və büdcədənkənar vəsaitlərin icrasına dair audit proqramları müzakirə edilərək təsdiq olunub. 

Kollegiya iclasında həmçinin, dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutuna ayrılan vəsaitlərin istifadəsi ilə bağlı, eyni zamanda Göyçay rayon İcra Hakimiyyətinə dövlət büdcəsinin “Ümumi dövlət xidmətləri”, “Mənzil və kommunal təsərrüfatı” bölmələrindən, dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılan vəsaitlərin istifadəsinə dair Audit Proqramları da təsdiq olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 463

Oxşar yazılar