Hərbi Tibb fakültəsinin məzunları rezidenturaya iyulda imtahan verəcək
27 mart 2014 11:31 (UTC +04:00)

Hərbi Tibb fakültəsinin məzunları rezidenturaya iyulda imtahan verəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rezidenturaya sənəd vermiş Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunlara müraciət edib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin məzunları üçün rezidenturaya qəbul imtahanının hər iki mərhələsini iyul ayında keçirəcək. Həmin imtahanda iştirak edəcək namizədlər üçün “İmtahana buraxılış vərəqi”nin çapı həmin ərəfədə həyata keçiriləcək və bu barədə öncədən məlumat veriləcək.

 

Qeyd edək ki, rezidenturaya qəbul imtahanının birinci mərhələsi martın 30-da, ikinci mərhələsi isə iyulun 27-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 546

Oxşar yazılar