“Sağ və sol ayağı kəsllən 87 yaşlı Tərlan Məmmədovanın vəziyyəti yaxşılığa doğru gedir”.
Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski Lent.az-a bildirlb ki, hər iki ayağı amputasiya edilən xəstənin tikişləri sökülüb: “ Xəstənin özünün də heç bir narazılığı yoxdur, ağrıları da azalıb”.
A.Şəmsəddinski onu da qeyd edib ki, xəstənin hər iki ayağı xəstə idi: “Bununla bağlı ajiotaj yaradacaq xəbərlər yayıldı. Ancaq xəstənin hər iki ayağı kəsilməli idi və onun o biri ayaqla neçə il yaşayacağını da bilmək olmazdı”.
Xatırladaq ki, mərkəzin cərrah həkim Valeh Kərimov sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu T.Məmmədovanın səhvən sağ ayağını kəsmişdi.